Ən çalışqan tələbəmizi İstanbula Göndərdik

Sözsüz ki, uğur zəhmətsiz mümkün deyildir. Zəhmət isə bəzən bizi yorur, ruhdan salır

Hər zaman çalışmaq üçün özümüzə bəlli məqsədlər, hədəflər təyin edirik. Bizim dərslərimizdə də bu qaydalar keçərlidir. “Oxu”, “Öyrən” və “Məqsədinə çat.

Şəhərimizdən İstanbula gedən o yol

Dərslərimizin daha maraqlı, daha keyfiyyətli olmasının əsas səbəblərindən biri heç şübhəsiz ki, dərslərə həvəs və istək artıran motivasiya yönümlü yarışlardır. Rəqabətin inkişaf gətirdiyini isə hər birimiz çox yaxşı bilirik. 2024-cü ilin fevral ayında keçirdiyimiz və nə az, nə çox – 2 həftə davam edən sınaqların nəticəsində qalib tələbəmiz Rüfət Abbaszadə oldu.

Zəhmət Bizim Dərslərdə Qazandırır.

Rüfət hər birimizə zəhmət çəkməklə, dərslərə maraq göstərməklə qazana biləcəyimiz fürsətləri göstərdi. Motivasiyada nəinki şəhərimizdə, bütün ölkə səviyyəsində təhsil sahəsində rəqibsiz olduğumuzu da bir daha sərgilədik. Növbəti tədris ilində isə Apple şirkətinin ən son telefon markası iPhone 15-i ən çalışqan tələbəmizə təqdim edəcəyik.

Scroll to Top