Kənan salamzadə İLƏ

İngilis dili öyrətim sahəsində yeni cığır, fərqli ortam və innovasiya

Qeydiyyat üçün:

+994 55 376 72 05

Keyfiyyət (Gerçək rəylərə əsaslanır)

5 ulduz

Təcrübə

5+ il

Blog

iPhone 15 Sahibini gözləyir

Ötən tədris ilindəki İstanbula səyahət paketindən sonra bu ilin əsas mükafatını Apple şirkətinin ən son…

Ətraflı

Xidmətlər

Təqaüd Proqramı
Dərslərə hazırlıqlı gələn, tapşırıqları təlimatlara uyğun yerinə yetirən 3 ən çalışqan tələbəmiz aylıq təqaüd (stipendiya) ilə təmin edilir. Ödəniş 3 tələbə üçün eyni miqdarda təyin edilib. Təqaüd sadəcə bir aylıqdır və növbəti aylarda fərqli və ya eyni tələbələr təqaüd üçün yenidən seçilə bilərlər.
Sıfırdan Mükəmmələ
Buraxılış İmtahanlarında “X Studying” proqramı ilə sıfırdan istənilən tələbə ən yüksək nəticələri əldə edə bilər. Proqram ilə təməldən Dinləmə, söz ehtiyatı və digər bölmələr üzrə tədris aparılır.
Dövlət İmtahan Mərkəzi ilə Əməkdaşlıq
Buraxılış imtahanlarına birbaşa Dövlət İmtahan Mərkəzinin sual meyarlarını bilən və ölkə üzrə imtahanların yoxlama hüququna sahib müəllim ilə hazırlaşmaq dərs prosesini daha faydalı edir. Hazırlıq tam DİM qəbul standartları əsasında aparılır.
Dinləmə (Listening)
Şəhərdə istisnasız ən çox Dinləmə (Listening) edilən dərslər bizə məxsusdur. Təməldən başlayan dinləmə tapşırıqları ilə tələbə həm dərs vaxtı, həm də evdə tanış ola bilər. Dinləmə materialları xüsusi olaraq müəllim tərəfindən tərtib edilib. Dinləmə tapşırıqları 10-dan çox vəsaitin ortaq tərtibatıdır.
Motivasiya
Yeni nəsil yeniyetmələrin dərsə marağını artırmaq, rəqabət ortamı yaratmaq üçün dərs prosesi mükafatlandırma ilə aparılır. Sertfikatlar, kuboklar, Pul mükafatı, Xarici ölkəyə səyahət və iPhone 15 kimi hədiyyələr ilə motivasiyanı ən üst pilləyə daşımışıq. Rəqabət dərslərimizə inkişaf və keyfiyyət qatır.
Dərslərə kimlər qoşula bilər?
Hazırda dərslər 8, 9, 10 və 11-ci sinif şagirdləri, Buraxılış İmtahanlarına hazırlaşan abituriyentlər və eyni zamanda Müəllimlərin İşə Qəbulu (MİQ) / Sertifikasiya / Magistratura / Doktorantura imtahanlarına hazırlaşan müəllimlər üçündür. Bütün dərslərin tədrisi Kənan Salamzadəyə məxsusdur.
Abituriyent Dərsləri
9 və 11-ci sinif Buraxılış imtahanlarına Dövlət İmtahan Mərkəzinin öz rəsmi əməkdaşı – marker Müəllim tərəfindən hazırlıqlar həyata keçirilir. Birbaşa imtahan suallarının Yoxlama hüququna sahib, dəqiq imtahan meyarları ilə keçirilən dərslərdə 100 ballıq (maksimum – 30 düzgün cavab) nəticələrimiz var. Dərs prosesi söz ehtiyatının artırılması, qrammatika, dinləmə (listening), cümlə qurma strategiyası, yazı qabiliyyəti (inşa) üzrə aparılır.
Sınaqlar
İmtahanlara hazırlıq sadəcə nəzəri deyil, praktiki olduğu zaman uğur əldə etmək mümkündür. Şəhər üçün keçirilən ödənişli tam İmtahan modeli sınaqlar tələbələrimiz üçün pulsuzdur. Kuizlər şəklində olan və ya söz ehtiyatının yoxlanmasına əsaslanan sınaqlar hər həftə keçirilir və əsas sınaqların nəticələri valideynlərlə paylaşılır.
Təkmilləşdirmə dərsləri
Dərslər həftədə 2 dəfə keçirilir. Həftəboyu keçilən mövzuların ümumi təkrarı üçün həftəsonu (Bazar günləri) ödənişsiz təkmilləşdirmə dərsləri təşkil edilir. Əlavələrə qoşulma könüllüdür. Bu dərslərdə fərqli izah şəkli ilə mövzunun qavranılmasına çalışılır. İmtahan ərəfəsi təşkil edilən əlavələr (təkmilləşdirmə dərsləri) ödənişlidir.
Dərs vəsaiti
Dərslər üçün vəsaitlərin 85%-i müəllim tərəfindən hazırlanır və ya tərtib olunur. Bu kompakt və imtahanlar üçün birbaşa faydalı materiallar sadəcə bizim dərslərimizə məxsusdur. Dərslər üçün hazırlanmış vəsaitlərdə 20-yə yaxın faydalı kitabdan istifadə edilib.

Kənan Salamzadə fərqi

01.

Əyləncəli Dərslər

02.

İnnovativ Yanaşma

03.

Peşəkar Təlimçi

kenansalamzade.com logo

Haqqımızda

Kənan Salamzadə – Sumqayıt şəhərində fəaliyyət göstərən 8 illik pedaqoji təcrübəyə malik ingilis dili müəllimidir. Ali məktəbi “ingilis dili tərcüməçiliyi” ixtisası üzrə bitirib. Ölkə üzrə satışı həyata keçirilən 2 kitab müəllifidir. Hazırda 9-11-ci sinif Buraxılış imtahanlarında ingilis dili fənni üzrə abituriyent hazırlığı fəaliyyəti ilə məşğuldur.

Eyni zamanda Dövlət İmtahan Mərkəzinin rəsmi əməkdaşı, qurumun təşkil etdiyi imtahanlarda ingilis dili fənni üzrə yoxlanış prosesində iştirak hüququ olan marker müəllimdir.

rəylər

Məmnun Tələbələr

Scroll to Top